Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:18

ABŞ bu ilin mayında Sürixdə həbs edilmiş 7 FİFA rəsmisinin verilməsi ilə bağlı İsveçrəyə rəsmi sorğu göndərib.

Bu barədə iyulun 2-də İsveçrənin Federal Ədliyyə İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, qaydaya əsasən Sürix polisi onların verilməsi ilə bağlı dinləmələrə başlayacaq.

Federal Ədliyyə İdarəsi sorğuya cavab vermək üçün rəsmilər və onların vəkillərinə 14 gün vaxt verəcək. Amma bu müddət daha 14 gün uzadıla bilər.

ABŞ onları rüşvətxorluqda ittiham edir.

Qeyd edək ki, həmin qalmaqaldan sonra keçmiş FİFA prezidenti Sepp Blatter istefa verməli oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG