Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:14

Ramil Usubov cinayətkar qruplardan danışdı


Ramil Usubov
Ramil Usubov

-

«Artıq neçə illərdir ki, Azərbaycan asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın ən öncül dövlətlərindəndir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 12 ildə orta hesabla 233 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə dəfələrlə azdır».

Trend xəbər verir ki, bunu daxili işlər naziri Ramil Usubov Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı münasibətilə keçirilən təntənəli tədbirdə bildirib.

Nazirin dediyinə görə, ötən 12 ildə cinayətlərin orta illik açılması 88 faiz olub, 4 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Axtarışda olan 41 minədək şəxs tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib. Əllərdə qanunsuz saxlanılan 13 min odlu silah yığılıb və onların tətbiqi ilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb.

Ramil Usubov bildirib ki, profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin yalnız 11 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir.

Nazir qeyd edib ki, 2014-cü il və bu ilin 6 ayı ərzində 65 min ərizə və şikayət araşdırılıb. Bundan başqa, 5 minə yaxın vətəndaş qəbul edilib.

XS
SM
MD
LG