Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:40

-

İyulun 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul və buraxılış imtahanları keçirir.

TQDK-nın məlumatına görə, imtahanlar ölkənin 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda keçirilir.

Bu məqsədlə 64 imtahan mərkəzi təşkil olunub.

İmtahanların idarə olunması üçün 314 imtahan rəhbəri, 2742 nəzarətçi-müəllim ayrılıb.

Ali təhsil müəssisələrində qəbul imtahanı V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) sənəd verən abituriyentlər arasında aparılır. Eləcə də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə - kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirilir.

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini ötən dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş, həmçinin üzrlü səbəbdən 2015-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş şagirdlər də buraxılış imtahanı verir. Onların sayı 4652 nəfərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG