Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:33

Praqada yüzlərlə yəhudi uşağını 2-ci Dünya Müharibəsindən qabaq xilas etmiş britaniyali Nicholas Winton iyulun 1-də 106 yaşında vəfat edib

-

Praqada yüzlərlə yəhudi uşağını 2-ci Dünya Müharibəsindən qabaq xilas etmiş britaniyali Nicholas Winton iyulun 1-də 106 yaşında vəfat edib.

Oğulluğu Stephen Watson deyib ki, o, Londonun qərbində, Wexham xəstəxanasında yuxuda dünyasını dəyişib.

Winton Londonda doğulub, valideynləri alman-yəhudi olub. Nasistlərin tutduğu Çexoslovakiyada London Birjası üçün işləyirmirş. 1939-cu ildə qatarla əsasən yəhudi olan 669 uşağı Britaniyaya qaçıra bilib. Daha bir Qatar 1939-cu il sentyabrın 3-nə təşkil olunub, ancaq Britaniya Almaniyaya müharibə elan etdiyindən sərhədlər bağlanıb. Sonradan həmin 250 uşaqdan səs-soraq çıxmayıb. Onların Holokostda məhv olduğu güman olunur.

Winton “İngilis Schindler” ləqəbini qazanıb. Alman sənayeçi Oskar Schindler müharibə zamanı yüzlərlə polşalı yəhudini xilas edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG