Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:38

Mark Zuckerberg facebook-da əsl ad siyasətinin ayrı-seçkilik olmadığını düşünür. Facebook rəhbəri bunu çərşənbə axşamı deyib

-

Mark Zuckerberg facebook-da əsl ad siyasətinin ayrı-seçkilik olmadığını düşünür. Facebook rəhbəri bunu çərşənbə axşamı deyib.

Real ad siyasəti istifadəçilərdən tələb edir ki, sosial şəbəkədə öz adlarından istifadə etsinlər. Ancaq məişət zorakılığına məruz qalanlar, əsl amerikalılar, transseksuallar bu siyasəti sərt tənqid edirlər. Onların fikrincə, bu qayda onlara qarşı diskriminasiyadır və onları fiziki təhlükə qarşısında qoyur.

BuzzFeed saytı Zuckerberg-dən soruşub ki, bütün bunları nəzərə alaraq həmin siyasətə son qoyulacaqmı? Zuckerberg deyib ki, real ad tələbi vacibdir:

“Bu siyasətin mahiyyəti biraz qarışıq anlaşılıb,” Facebook rəhbəri sual-cavab sessiyasında yazıb. “Real ad qanuni adınız demək deyil. Real ad dostlarınızın sizi çağırdığı addır. Dostlarınız sizi ləqəblə çağırırsa və həmin adı facebook-da istifadə etmək istəyirsinizsə, bunu edə biləcəksiniz”.

31 yaşlı Zuckerberg deyib ki, real adı tələbi fb istifadəçilərini azından qoruya biləcək. Məsələn, ərinin zorakı münasibətinə görə ondan ayrılmış qadın, əri real adından istifadə etdiyi üçün asanlıqla həmin şəxsi blok edə biləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG