Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:40

Pentaqon iyulun 1-də yaydığı hesabatda xəbərdarlıq edir ki, Birləşmiş Ştatların Rusiya və Çin kimi böyük hərbi dövlətlərlə müharibəyə sürüklənməsi ehtimalı “aşağıdır, ancaq getdikcə artır”

-

Pentaqon iyulun 1-də yaydığı hesabatda xəbərdarlıq edir ki, Birləşmiş Ştatların Rusiya və Çin kimi böyük hərbi dövlətlərlə müharibəyə sürüklənməsi ehtimalı “aşağıdır, ancaq getdikcə artır”. Pentaqon nəticələrin “böyük” ola biləcəyini deyir.

“ABŞ-ın böyük bir dövlətlə müharibəyə girməsi ehtimalı aşağı dəyərləndirilir, ancaq artır,” 2015-ci il Milli Hərbi Strategiya hesabatında bildirilir.

“Rusiya dəfələrlə nümayiş etdirib ki, qonşularının suverenliyinə hörmət etmir, məqsədlərinə çatmaq üçün gücdən istifadəyə meyllidir,” hesabatda deyilir.

Çinin də getdikcə təcavüzkar mövqe tutduğu, ABŞ-ın maraqlarına təhlükə yaratdığı vurğulanır.

XS
SM
MD
LG