Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:20

Ermənistanın baş prokurorluğu xüsusi istintaq komitəsinə bu günlərdə Yerevanda nümayiş dağıdılarkən güc tətbiq edilməsinin qanuniliyi ilə bağlı istintaq aparmağı müraciət edib.

Bu barədə baş prokuror Gevork Kostanyan məlumat verib.

Polis iyunun 23-də elektrik enerjisinin bahalaşmasına etiraz olaraq Yerevanda keçirilən aksiyanı dağıdarkən su şırnaqlarından istifadə edib.

Aksiya dağıdılarkən azı 237 nəfər saxlanılıb, onlardan 7-si yaralanıb, 3-ü isə xəstəxanaya düşüb.

Hazırda şəhərin mərkəzində hələ də minə yaxın aksiyaçı var və onlardan bir neçəsi aclıq elan edib.

Onlar qiymət artımı ilə bağlı qərarın ləğvini və aksiya dağıdılarkən zorakılığa görə cavabdehlik daşıyanların cəzalandırılmasını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG