Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:36

Yunanıstan beynəlxalq kreditorlara yeni təklif verib.

Baş naziri Alexsis Tsipras göndərdiyi məktubda ölkənin Avropa sabitlik mexanizmi vasitəsi ilə maliyyələşdirilməsini tənzimləyən yeni razılaşma istəyir.

Bu barədə iyulun 1-də Yunanıstan rəsmiləri məlumat yayıb.

Amma bir sıra Avropa rəsmiləri təklifi qəbuledilməz sayır və bildiriblər ki, iyulun 5-də Yunanıstanda keçiriləcək referendumadək razılaşma mümkün deyil.

Avrozona ölkələrinin maliyyə nazirləri iyulun 1-də Yunansıtan böhranının aradan qaldırılması yolları və ölkəyə yardımın şərtlərini müzakirə edəcəklər.

Amma Almaniyanın maliyyə naziri Volfqanq Şoyble (Wolfgang Schaeuble) bildirib ki, yeni razılaşma referendumadək mümkün deyil.

Yunanıstan İyunun 30-da Beynəlxalq Valyuta Fonduna olan kredit borcunu ödəyə bilmədi və bununla defolt vəziyyətinə düşdü.

Bu borcun ödənilməsi üçün son müddət idi.

1,6 milyard avroluq borc, dünya tarixində nə vaxtsa ödənilməyən ən böyük borcdur.

Hələlik hadisələrin necə inkişaf edəcəyi bəlli deyil.

İyulun 5-də ölkədə beynəlxalq kreditorların təklifi ilə bağlı referendum keçiriləcək.

Baş nazir Tsipras əhalini yox deməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG