Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:05

-

"Payız, yaz, qış aylarında məktəb, bağça yollarımız palçığın içindədir. Yayda isə problem bir başqadır, həyətlərimizdə ağcaqanad əlindən tərpənmək olmur. Binalarımızın zirzəmisi su ilə doludur, kanalizasiya suyu birbaş bura axır, bu da əsl antisanitariya, üfunət qoxusu, xəstəliklər deməkdir. İki dəfə özümüz yığışıb puluyla zirzəminin suyunu qurutmuşuq, amma görünür ki, problem kökündən həll olunmalıdır".

YOLLAR BƏRBAD, UŞAQ MEYDANÇALARI İSƏ ƏLDƏN ÇXIIB

Bunu "Qaynar xətt"ə Sumqayıt şəhəri, 5-ci mikrorayonun 37, 38 və 39 saylı binalarının sakinləri deyir. Onlar məhəllələrdəki problemlərdən cana doyduqlarını bildirirlər. Şikayətləri yolların bərbadlığından, binaların həyətlərində uşaq meydançaları üçün yer qalmamasından, başqa kommunal problemlərdəndir.

"Sağ olsunlar, əks tərəfdə olan binanı təmir edirlər, biz də buna sevinirik. Amma istəyirik ki, bizim də binalar təmir edilsin. Nə vaxtadək gözləməliyik? Gəlib kanalizasiya sisteminə, tüstü bacalarının durumuna nəzarət etsinlər. Artıq qışın günüdür, bir azdan çox problemlər yaranacaq yenə. Hər il bir-iki dəfə şəhər rəhbərliyinə müraciət edirik, yorulmuşuq şikayət etməkdən də, amma hələ də bir şey yoxdur ortada. Sonuncu dəfə 2 ay öncə şikayət məktubu yazmışıq. Binamızın arxasında bir yol vardı, ora asfalt-çınqı tökdülər, normal abıra gətirdilər. Amma artıq yol yatıb, yerə yapıxıb, yenə palçıq... Düzəlməsinə ehtiyac var. Söz verdilər ki, düzəldəcəklər, hələ də gözləyirik. Bizə elə gəlir ki, Sumqayıt şəhərində yox, hansısa ucqar kənddə yaşayırıq - yaddan çıxmış bir məkanda..."

ABADLAŞACAQ, AMMA NƏ VAXT?..

Sakinlər deyir, indiyədək şəhər icra hakimiyyətinə yazdıqları şikayətlərin heç birinə cavab almayıblar.

"Həyətdə bir xeyir şər evi tikilməyib. Ətrafda bağça və məktəb var, amma xüsusən yağışlı günlərdə yolunu gemək mümkün deyil. 5-ci mikrorayon sanki tamamən unudulib, hər il deyirlər asfalt olacaq, amma payız qış gəlir, fəsillər dəyişir, yenə hər şey əvvəlki kimi qalır".

Sakinlər ilk növbədə məhəlləarası yolların və zirzəmilərin abadlaşdırılmasını istəyirlər.

5-ci mikrorayon sakinlərinin səsini Sumqayıt şəhər İcra Hakimiyyətinə çatdırmaq istəsək də, qurumdan yalnız bir söz eşitdik: "Başçı şəhərə xüsusi diqqət göstərir. Məhəllələr abadlaşdırılır. Sözügedən məhəlləyə də növbə çatacaq".

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG