Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 21:55

-

İyunun 30-da Tbilisidə görkəmli ədib Mirzə Fətəli Axundzadənin anım mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bir qrup azərbaycanlı və gürcü ziyalı, yazıçı və şair Mirzə Fətəlinin dəfn olunduğu Tbilisidəki Botanika bağına gələrək böyük ədibin məzarı önünə əklil qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.

Gürcüstan İctimai Televiziyasının əməkdaşı Mirzə Məmmədoğlu, yazıçı-jurnalist Nizami Məmmədzadə, tərcüməçi-şair Allahverdi Təkləli və başqaları çıxış edərək mütəfəkkir ədiblə bağlı fikirlərini bölüşüblər.

Çıxışçılar yaradıcılığa şeirlə başlayan ədibin 1850-ci illərdə yazdığı 6 komediya ilə Azərbaycan milli dramaturgiyasının təməlini qoyduğunu xatırladıb, 1868-ci ildə Tbilisidə çap olunmuş ilk əlifba kitabının müəllifi də Mirzə Fətəli Axundzadə olduğunu bildiriblər. Mətbuata böyük maraq göstərən və Həsən bəy Zərdabini alqışlayan M.F.Axundzadə «Əkinçi» qəzetində «Vəkili-milləti-naməlum» təxəllüsü ilə çıxış edib və maarifləndirici məqalələr yazıb.

Çıxışlarda M.F.Axundzadə mükafatının təsis olunması, onun adıyla bağlı məqalə, araşdırma və tərcümə müsabiqələrinin keçirilməsi barədə təkliflər səslənib. Təkliflər müsbət qarşılanıb və mükafatın təsis olunması dəstəklənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG