Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20

-

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustanda yerləşən həbsxanasında məhkum ölüb.

Hüquq müdafiəçisi Eldar Zeynalovun apa-ya verdiyi məlumata görə, bu şəxs 75 yaşlı Vaqif Hüseynovdur.

Məlumata görə, saxlanıldığı kamerada vəfat edən V.Hüseynov şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkirmiş.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov V.Hüseynovun xəstəlikdən öldüyünü bildirib.

V.Hüseynov 1993-94-cü illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olub. O, 1993-cü ildə Gəncədə baş vermiş dövlət çevrilişində iştirakda və rayon prokuroru Şəmşir Əliyevin öldürülməsində ittiham olunurdu.

Bu işlərlə əlaqədar V.Hüseynovla yanaşı, onun oğlu və digər iki nəfər də tutulub.

Məhkəmə V.Hüseynovun barəsində ölüm hökmü çıxarıb. Lakin sonradan V.Hüseynovun cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG