Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:34

-

Qlobal iqlim dəyişikliyi ilə əlaqədar bu yay da Azərbaycan ərazisində quraqlıq olacağı gözlənilir.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan məlumat veriblər.

İnstitutdan bildirilib ki, bu ilin iyul və avqust aylarında havanın temperaturu iqlim normasından bir qədər yüksək olacaq.

Yağıntıların miqdarı isə normadan az olmaqla, iqlim normasının 65-70 faizini təşkil edəcək. Bu da Azərbaycanın bəzi ərazilərində, xüsusilə Aran rayonlarında quraqlığın yaranmasına səbəb olacaq. Mərkəzi Aran rayonlarında quraqlığın özünü daha intensiv şəkildə göstərəcəyi proqnozlaşdırılır.

İyul və avqust aylarında isti küləklərin də intensivliyi artacaq və quraqlıq daha kəskin xarakter alacaq.

Əsas quraqlıq dövrünün iyulun 20-dən avqustun 20-dək olan dövrdə müşahidə ediləcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG