Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:25

Beynəlxalaq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano iyulun 1-2-də Tehranda sfərdə olacaq.

Təşkilatın məlumatına görə o səfər zamanı İran prezidenti Hassan Rohani və digər ölkə rəsmiləri ilə görüşəcək.

İran və onunla danışıqlar aparan 6 dünya ölkəsi iyulun 30-da Vyana görüşündə yekun nüvə sazişinin vaxtını iyulun 7-dək uzatmaq qərarına gəliblər.

Tərəflər iyunun 30-da yekun razılaşma əldə etməli idilər.

Danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çİn iştirak edir.

ABŞ prezidenti Barack Obama iyunun 30-da Ağ evdə keçirdiyi mətbuat konfransında bildirib ki, şərtlər qaneedici olmasa İranla sazişə getməyəcəklər.

İran prezidenti Hassan Rohanini isə bəzi əsas məqamların həll olunduğunu, bəzilərinin isə qaldığını deyib.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG