Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:39

ATƏT Azərbaycanda «yola davam» deyir


ATƏT
ATƏT

-

ATƏT-in Bakıdakı Layihələr Koordinatorluğuna dair qarşılıqlı anlaşma memorandumunun ləğv edilməsi təşkilatın Azərbaycanla əməkdaşlığına heç bir formada zərbə vurmur.

Bu barədə apa-ya ATƏT-in mətbuat mərkəzindən deyilib.

Mərkəzdən bildiriblər ki, Layihələr Koordinatorluğunun fəaliyyəti ilə bağlı dialoq davam etdirilsə də, təşkilat işinin dayandırılmasına dair texniki proseslərə başlayıb.

Bir müddət əvvəl Azərbaycan hökuməti ATƏT-in Bakıdakı Layihələr Koordinatorluğunun fəaliyyətinin dayandırılması barədə qərar verib.

İyunun 3-də ATƏT-in Vyanadakı baş ofisinə göndərdiyi məktubda Xarici İşlər Nazirliyi qeyd edir ki, Azərbaycan hökuməti artıq Layihələr Koordinatorluğunun Bakıda fəaliyyətinə zərurət görmür. Ona görə də 2015-ci il iyunun 4-dən «ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu»nu qüvvədən düşmüş hesab edir.

XS
SM
MD
LG