Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:08

Ukrayna deyir almıram, Rusiya deyir heç satmıram


-

Rusiya iyulun 1-dən Ukraynaya qaz verilməsini dayandırıb.

Kiyev bundan əvvəl Rusiyadan qaz alınmasının təcili dayandırıldığını bəyan edib.

“Qazpom”un bəyanatında deyilir ki, Ukrayna iyula görə ödəniş etməyib və şirkət iyulun 1-i Avropa vaxtı ilə səhər saat 10-dan Ukraynaya qaz verilməsini dayandırıb.

Ukrayna iyunun 30-da bəyan edib ki, yeni şərtlər razılaşdırılmadığından iyulun 1-dən Rusiyadan qaz alınmasını dayandırır.

Amma Ukraynanın “Naftaqaz” şirkəti bildirib ki, Ukrayna ərazisindən Avropaya qaz verilməsi davam etdiriləcək.

Bu hadisələr qazın qiyməti ilə bağlı Vyanada aparılan danışıqların nəticə verməməsindən sonra baş verir.

Ukraynanın enerji naziri Volodymyr Demchishin növbəti danışıqların sentyabrda aparılacağını deyir.

Onun rusiyalı həmkarı Aleksandr Novak isə Ukraynanın bu addımının siyasi motivli olduğunu deyir.

Moskva keçmiş rusiyapərəst prezident Viktor Yanukovychin 2014-cü ildə devrilməsindən sonra Ukraynaya qazın qiymətini kəskin qaldırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG