Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:46

-

Serbiyalı jurnalist Slobodan Samardzija Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edərək adının «Arzuolunmaz şəxslər siyahısı»ndan çıxarılmasını istəyib.

Bu haqda XİN-in məlumatında deyilir.

Serbiyalı jurnalist 2015-ci ilin martında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər etmişdi.

XİN bildirir ki, S.Samardzija məktubunda Azərbaycanın icazəsi olmadan etdiyi səfərə görə təəssüfünü bildirərək, bu səfərin Ermənistanın təhriki ilə baş tutduğunu və bir də təkrarlanmayacağını vurğulayıb.

S.Samardzija-nın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının «arzuolunmaz şəxslər» siyahısından çıxarılması barəsində qərar qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG