Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:04

Finlandiya Rusiya Dövlət Dumasının sədri Sergei Naryshkinə viza verməyib.

O iyulun 5-9-da ATƏT Parlament Assambleyasının Helsinkidə keçiriləcək sesiyasında iştirak etməli idi.

Finlandiyanın xarici işlər nazirliyi bildirib ki, Naryshkinin adı Avropa Birliyinin qara siyahısında olduğuna görə belə bir qərar qəbul edilib.

Avropa Birliyi ötən ilin martında Krımın ilhaq edilməsi və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Bu sanksiyaların arasında Rusiya siyasətçiləri, məmurlar və iş adamlarına qarşı viza qadağası da nəzərə tutulur.

Finlandiyanın xarici işlər nazirliyi bildirib ki, Rusiya nümayəndə heyətinin daha 5 üzvü də qara siyahıda olduğundan, onlara da viza verilməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG