Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01

-

İyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən saxlanılan azərbaycanlılara baş çəkiblər. Həmin şəxslər Dilqəm ƏsgərovŞahbaz Quliyevdir.

Bu haqda AzadlıqRadiosuna BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, qurumun əməkdaşları Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, eləcə də onlardan ailələri üçün məlumat alıblar.

İlahə Hüseynovanın dediyinə görə, görüş mütəmadi keçiriləcək, hər iki azərbaycanlının saxlanma şəraitini və onlarla davranışı monitorinq edəcəklər.

Ötən ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

«Dağlıq Qarabağ Respublikası»nda keçirilən məhkəmədə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG