Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:10

Suriyada döyüşənlərə hökm oxundu


Foto illüstrasiya
Foto illüstrasiya

-

İyulun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Azərbaycan vətəndaşlarının işi üzrə məhkəmə prosesi başa çatıb.

Bunlar Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Vüqar Dursunəliyev və Elvin Dursunəliyevdir.

Hökmə əsasən, Vüqar Dursunəliyev 15 il, onun oğlu Elvin 4 il, Malik MusayevAzər Qəmbərov 13 il 6 ay, yerdə qalanlar isə 14 il azadlıqdan məhrum ediliblər.

Ötən il Milli Təhlükəsizlik Nazirliyi 26 nəfəri saxlamışdı. İttihama əsasən, onlardan 23-ü 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Azərbaycan və Suriya qanunlarına zidd silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Vüqar Dursunəliyevin yetkinlik yaşına çatmayan oğlunu «radikal dini baxışlarını daha da möhkəmləndirmək üçün» Suriyaya göndərdiyi də bildirilir.

XS
SM
MD
LG