Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:42

-

Azərbaycan Dövlət Neft Şirkətinin təqaüd proqramı çərçivəsində 18 bakalavr, 19 magistr, bir uzmanlıq təhsili alan 38 tələbə Avropa, ABŞ və Türkiyənin yüksək reytinqli universitetlərində oxuyur.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə Xarici Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclasında məlumat verilib.

Qeyd edilib ki, artıq 212 nəfər (bakalavr pilləsi üzrə 39, magistr pilləsi üzrə 171, uzmanlıq üzrə 2 məzun) təhsilini başa vuraraq Azərbaycana qayıdıb.

Onların SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunduğu bildirilir.

Hazırda məzunlardan 25 nəfəri SOCAR-ın idarə və müəssisələrində rəhbər vəzifələrdə çalışır, 151 nəfər isə ixtisasları üzrə şirkətin müxtəlif struktur bölmələrinə təyinat alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG