Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:35

2015-ci ilin birinci yarısında dənizdən keçərək Avropaya gedən qaçqınların sayı 137 mindir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 80 faiz çoxdur

-

2015-ci ilin birinci yarısında dənizdən keçərək Avropaya gedən qaçqınların sayı 137 mindir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 80 faiz çoxdur. Məlumatı iyulun 1-də BMT yayıb.

BMT-nin qaçqınlar üzrə agentliyinin hesabatında deyilir ki, Avropa “dənizdən gələn qaçqın böhranı” ilə üz-üzədir.

Yunanıstana gələnlərin sayı iki dəfədən çox artıb. Bu il 68 min qaçqın gəlib, ötən il bu rəqəm 43 min 500 idi.

Qaçqınlar Yunanıstandan Balkanların qərbinə keçirlər. İyunun əvvəlindən hər gün mindən çox qaçqın gəlir.

44 min nəfər Suriyadan gəlib. Qaçqınların gəldiyi ölkələr sırasından ikinci yeri Eritrea, 3-cü yeri Əfqanıstan tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG