Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26

ABŞ və Kuba səfirlik açacaqlar


ABŞ prezidenti Barack Obama (sağda) kubalı həmkarı Raul Castro ilə əl verir, 11 aprel, 2015-ci il

ABŞ prezidenti Barack Obama (sağda) kubalı həmkarı Raul Castro ilə əl verir, 11 aprel, 2015-ci il

Çərşənbə günü ABŞ Prezidenti Barack Obama Kuba ilə Havana və Vaşinqtonda səfirliklərin açılması üzrə razılaşma əldə olunduğunu elan edəcək

-

Çərşənbə günü ABŞ Prezidenti Barack Obama Kuba ilə Havana və Vaşinqtonda səfirliklərin açılması üzrə razılaşma əldə olunduğunu elan edəcək. Administrasiya rəsmisi xəbəri Fox News-a təsdiqləyib.

Bununla da uzun müddət düşmən münasibətində olmuş iki ölkənin diplomatik münasibətlərinin bərpası yönündə böyük bir addım atılmış olacaq.

İki ölkənin münasibətlərinin bərpasına ilk dəfə ötən il dekabrın 17-də başlanıb.

Obama üçün Kuba ilə münasibətlərin yarım əsrdən sonra bərpası xarici siyasətin əsas elementidir. O, ABŞ-ın bu kommunist adasına qarşı embarqosunun səmərəsiz olduğunu deyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG