Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:48

Yəməndə həbsxanadan min məhbus qaçıb


Yəmən paytaxtı Sanaadan görüntü, arxiv fotosu

Yəmən paytaxtı Sanaadan görüntü, arxiv fotosu

-

Məlumatlara görə, Yəmənin cənubqərbində həbsxanadan 1200 məhbus qaçıb. Onların içində Al-Qaeda şübhəliləri də var.

Hadisə Yəmənin üçüncü böyük şəhəri olan Taizdə iyunun 30-da baş verib. Şiə yaraqlıları ilə rəqibləri arasında atışma həbsxananı da dağıdıb. Neçə məhbusun qaçdığı bəlli deyil.

Bu, Yəməndə həbsxanadan üçüncü qaçışdır.

Martdan Səudiyyə koalisiyası husi yaraqlılarına hava zərbələri endirir. Yaraqlılar Yəməndə böyük əraziləri tutublar. Onları keçmiş prezident Ali Abdullah Saleh-ə sadiq qüvvələr dəstəkləyir.

Ölkənin hazırkı prezidenti Abd-Rabbu Mansur Hadi Səudiyyə Ərəbistanına sığınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG