Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:40

Rusiya Baltiklərin müstəqilliyi məsələsinə baxır


Latviyada hərbi təlimlər, noyabr, 2014-cü il

Latviyada hərbi təlimlər, noyabr, 2014-cü il

Rusiya Baş Prokurorluğu Baltik ölkələrinin 1991-ci ildə Sovet İttifaqından ayrılması, müstəqillik qazanması qərarının hüquqiliyini araşdırır

-

Rusiya Baş Prokurorluğu Baltik ölkələrinin 1991-ci ildə Sovet İttifaqından ayrılması, müstəqillik qazanması qərarının hüquqiliyini araşdırır. İyunun 30-da bunu prokurorluğun sözçüsü bildirib.

Ötən il prokurorluq qərar vermişdi ki, Krım 1954-cü ildə qeyri-qanuni olaraq Ukraynaya verilib. Bu səbəbdən Litva, Latviya və Estoniyada narahatlıq yaranıb. Litva prezidenti Dalia Grybauskaite məsələyə sərt reaksiya verib:

“Heç kəsin bizi qorxutmaq hüququ yoxdur. Müstəqilliyimizi Litva xalqının qanı və canı hesabına qazanmışıq,” o, deyib.

Çoxluqda olan Vahid Rusiya partiyasının 2 üzvü prokurorluğa müraciətində bildirib ki, Estoniya, Latviya və Litvaya müstəqillik verilməsini nəzərdə tutan qərarlar qanunsuz olub. Deputatların fikrincə, bu qərarlar ölkəyə “böyük ziyan vurub” və ona görə də “dövlətə xəyanət” sayılmalıdır.

Ancaq bu təşəbbüs çox uzağa getməyə bilər. “Bu barədə heç nə eşitməmişəm,” Rusiyanın xarici işlər naziri Sergei Lavrov Vyanada jurnalistlərə deyib. “Bildiyim odur ki, bu Baltik ölkələri ilə diplomatik münasibətlərimiz və dövlətlərarası müqavilələrimiz var”.

Günün bütün mövzuları

XS
SM
MD
LG