Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:59

İran və dünyanın altı dövləti yekun nüvə razılaşmasının əldə olunması üçün vaxtı iyulun 7-dək uzadıblar

-

İran və dünyanın altı dövləti yekun nüvə razılaşmasının əldə olunması üçün vaxtı iyulun 7-dək uzadıblar. İran, Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və Birləşmiş Ştatlar bu qərara iyunun 30-da gəliblər. Belə ki, Vyanada danışıqlar hələlik razılaşma əldə edilməyib.

Tərəflər Tehranın nüvə proqramını məhdudlaşdırılması əvəzində sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutan saziş üzərində işləyirlər.

Danışıqlarda ABŞ Dövlət katibi John Kerry, İranın xarici işlər naziri Mohammad Javad Zarif, rusiyalı həmkarı Sergei Lavrov və digərləri iştirak edirlər.

“Texnikidən çox prosedur məsələləri ilə bağlı suallar qalır,” Lavrov Kerry ilə görüşdən sonra deyib. “Nəticələrin yaxın olmasını düşünməyə hər cür əsasımız var”.

Prezident Barack Obama şərtlər qənaətbəxş olmasa, İranla sazişə getməyəcək. İran prezidenti Hassan Rohani-nin sözlərinə görə, bəzi əsas məqamlar həll olunub, bəziləri isə qalır. “Aşırı tələblər olmasa, onlardan bəziləri yaxın günlərdə həll oluna bilər,” o, sözlərinə əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG