Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:13

Yunanıstan fonda borcunu qaytara bilməyən ilk inkişaf etmiş ölkə oldu

-

İyunun 30-da gecəyarısı Yunanıstanın son 5 ildə bel bağladığı borc proqramının vaxtı bitdi və ölkə Beynəlxalq Valyuta Fonduna borcunu ödəyə bilmədi. Bununla da Yunanıstan fonda borcunu qaytara bilməyən ilk inkişaf etmiş ölkə oldu. Söhbət təxminən 1.6 milyard avroluq ödənişdən gedir. 2001-ci ildə Zimbabve belə etmişdi.

Avrozonanın maliyyə nazirləri telekonfransda qərar veriblər ki, son tarixədək razılaşma əldə etməyin yolu yoxdur. “Proqramın vaxtını uzatmaq dəlilik olardı,” Niderlandın maliyyə naziri Jeroen Dijsselbleom deyib. O, avrozona maliyyə nazirlərinin avroqrup adlı qurumuna rəhbərlik edir. “Baş verə bilməyən şey baş verməyəcək. Proqramın vaxtı bu gecə bitir,” Dijsselbleom deyib.

Bu məbləğ BVF tarixində ən böyük qaytarılmayan ödənişdir. BVF-nin sözçüsü Gerry Rice deyib ki, Yunanıstan gələcəkdə yalnız borcunu ödəyəndən sonra BVF-dən maliyyə istəyə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG