Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:16

Əliyevlərin min brilyant qaşı...


İlham Əliyev «Heydər Əliyev» ordenini Mehriban Əliyevaya təqdim edir – 29 iyun 2015
İlham Əliyev «Heydər Əliyev» ordenini Mehriban Əliyevaya təqdim edir – 29 iyun 2015

-

İyunun 29-da prezident İlham Əliyev xanımı Mehriban Əliyevanı atasının adını daşıyan Heydər Əliyev ordeni ilə təltif etdi.

Sərəncamda deyilir ki, o, həmin mükafata «mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə layiq görülüb».

«OYUNLARIN BU SƏVİYYƏDƏ KEÇİRİLMƏSİNƏ ÖZ CANINI QOYUB»

İyunun 30-da İlham Əliyev Avropa Oyunlarının yekunlarına həsr olunmuş tədbirdə deyib ki, Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirir:

«O, bu Oyunların keçirilməsinə çox böyük töhfə verib. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoyub».

(Bu hadisə barədə mətnin solunda soğuda iştirak et, ya da ağaıdakı foruma yaz, polemikaya sən də qoşul.)

ORDENİ İLK DƏFƏ İLHAM ƏLİYEV ALIB

Heydər Əliyev ordeni Azərbaycanın ən yüksək dövlət təltifi sayılır. Bunadək ölkənin ən yüksək təltifi «İstiqlal» ordeni sayılırdı.

Heydər Əliyev ordeni 2005-ci il aprelin 22-də təsis edilib. İlk təltif həmin il aprelin 28-də olub. Ordenin ilk laureatı İlham Əliyevdir. Ona bu ordeni Konstitusiya Məhkəməsinin hakimi Fərhad Abdullayev təqdim etmişdi.

Orden İlham Əliyevə statusuna görə verilmişdi.

ORDEN KİMLƏRƏ VERİLİB

İlham Əliyevdən sonra bu orden Türkiyənin Bilkent və Hacettepe universitetlərinin yaradıcısı İhsan Doğramacı-ya, Fransa prezidenti Jacques Chirac-a, bəstəkar Mstislav Rostropovich-ə, Ukrayna prezidentləri Viktor YushchenkoViktor Yanukovych-ə, rəssam Tahir Salahova, Küveyt Dövlətinin əmiri Sabah Al-Ahmad Al-Jaber Al-Sabah-a, Polşa prezidenti Lech Kaczyński-yə, Latviya prezidenti Valdis Zatlers-ə, Bolqarıstan prezidenti Georgi Parvanov-a, Tacikistan prezidenti Emomali Rahmon-a, bəstəkar Arif Məlikova, Türkiyə prezidentləri Abdullah GülRecep Tayyip Erdoğan-a verilib.

Ordeni alanlar arasında indiyədək qadınlar olmayıb. Mehriban Əliyeva ordenlə təltif olunan ilk qadındır.

«Heydər Əliyev» ordeni
«Heydər Əliyev» ordeni

QIZIL, GÜMÜŞ, BRİLYANT

2014-cü il fevralın 3-dək ordenin hazırlanmasında bunlardan istifadə olunub:

525 əyarlı 533.29 qram gümüş;

999 əyarlı 3.89 qram gümüş;

750 əyarlı 57.42 qram qızıl;

999 əyarlı 6.42 qram qızıl;

0.83 karatlıq 8 brilyant daş;

5.34 karatlıq 224 brilyant daş;

1 karatlıq 67 brilyantdaş;

ümumən isə 299 brilyant daş.

Həmin tarixdən sonra isə ordenin təsvirində dəyişikliklər edilib. Ordenin tərkibindəki qızıl-gümüşün miqdarı artırılıb: Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanır. Ordenin hazırlanmasında 925 əyarlı 533.3 qram gümüşdən, 999 əyarlı 3.9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57.4 qramqızıldan, 999 əyarlı 6.5 qram qızıldan, 0.83 karatlıq 8 brilyant daşdan, 5.3 karatlıq 224 brilyant daşdan, 1.37 karatlıq 95 brilyant daşdan, 0.23 karatlıq 116 brilyantdaşdan, 0.032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyantdaşdan istifadə olunub.

ORDEN KİMLƏRƏ, NİYƏ VERİLİR?

Azərbaycan vətəndaşlarına

1.1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;
1.2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.

2. Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə.

3. Əcnəbilərə:
3.1. Azərbaycan qarşısında görkəmli xidmətlərinə görə;
3.2.Azərbaycançılıqideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

3.3. Azərbaycanla digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.

(Bu hadisə barədə mətnin solundakı soğuda iştirak et,
ya da ağaıdakı foruma yaz, polemikaya sən də qoşul.)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG