Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:25

Türkoba sakini: "Kəndin yolları avtoyarış meydançasına çevrilib"


Arxiv fotosu
Arxiv fotosu

-

Bu dəfəki şikayət həmişəkindən fərqlidir. Masallının Türkoba kənd sakinləri "Qaynar xətt"ə kənd yolunun asfaltlanmasından sonra qəzaların artdığını deyirlər. Onların sözlərinə görə, səbəb yollarda müvafiq işarələrin qoyulmamasıdır.

"HƏLƏ DƏ O HADİSƏNİN ŞOKUNU YAŞAYIRIQ"

Kənd sakinləri bu barədə ötən il də şikayət məktubu göndərmişdilər. Görünür, ötən müddətdə problem hələ də həllini tapmayıb:

"Söhbət kəndin içərisindən keçən Boradigah-Lənkəran yolunda tez-tez ölüm hadisələri baş verir. Avtoşların yarış meydanına çevirdiyi bu yolda elə həftə yoxdur ki, faciə baş verməsin. Maksimal sürətin 60 olduğu yolda maşınlar 100-120 sürətlə şütüyür. Kəndi iki hissəyə ayıran bu yoldan keçməyə qorxuruq. Bir dəfə darısqal yolda bir-birini ötməyə çalışan iki xarici maşının sürücüləri idarəetməni itirərək yoldan çıxdılar. Maşınlardan biri yol kənarı ilə gedən iki yeniyetmənin həyatına son qoyacaqdı. Həmin yeniyetmələr hələ də bu hadisənin şokunu yaşayırlar".

QOYULAN İŞARƏLƏR KİFAYƏT ETMİR?

Kənd sakinlərinin deməsinə görə, yolda sürət işarələri yoxdur. Yol kənarındakı kafelərə, mağazalara gələnlərin maşınları piyadalar üçün olan yerləri tutduğundan adamlar çox vaxt maşınların sürətlə şütüdüyü darısqal yolun ortası ilə hərəkət etməli olurlar:

"Bu məsələlərə cavabdeh dövlət qurumlarının və vəzifəli şəxslərinin məsuliyyətsizliyinin acı aqibətini biz kəndlilər çəkirik".

Türkobanın kənd icra nümayəndəliyindən bildirilib ki, kənddən keçən yol 2012-ci ildə əsaslı təmir olunub. Sakinlərin yoldakı təhlükələrlə bağlı Bakıdakı qurumlara yazdıqları şikayətləri araşdırıb tədbir görmək üçün Lənkəranın icra hakimiyyətinə, ordan isə icra nümayəndəliyinə göndəriblər. Onlar da, öz növbələrində, yola nəzarət olunması üçün ərazi üzrə yol polisinə məktub yollayıblar. Bundan sonra yol nəzarətə alınıb və yol kənarına sürət işarəsi qoyulub.

Lakin kənd sakinləri deyir, çoxsaylı şikayətlərindən sonra yol kənarlarına qoyulan işarələr kifayət etmir. Qəzalar davam edir.

XS
SM
MD
LG