Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:27

Yunanıstanda iyulun 1-3 arası 1000-ə yaxın bank şöbəsi kartı olmayan pensiyaçılar üçün açıq olacaq.

Bu barədə iyunun 30-da ölkənin maliyyə nazirliyi məlumat yayıb.

Yunanıstan hökuməti bundan əvvəl bank və birjaların 1 həftləik bağlanması, həmçinin bankamatlardan pul çıxarılmasının məhdudlaşdırılması barədə qərar qəbul edib.

Afina iyunun 30-dək Beynəlxalq Valyuta fonduna olan 1,6 milyard avroluq kredit borcunu ödəməlidir.

Borc ödənilməsi həmçinin həmin gündən Yunanıstana beynəlxalq maliyyə yardımı proqramı dayandırılır.

Ölkənin baş naziri Alexis Tsipras dünən ölkə vətəndaşlarını iyulun 5-də keçiriləcək referendumda beynəlxalq kreditorların təkliflərinə yox deməyə çağırıb.

Baş nazir bildirib ki, əks halda o vəzifəsindən gedəcək.

Avropa ölkələrinin liderləri isə xəbərdarlıq edib ki, təkliflər rədd edilsə, bu Yunanıstanın avrozonadan çıxmasi ilə nəticələnəcək.

Əgər Afina ilə beynəlxalq kreditorlar razılığa gələ bilməsə, Yunanıstanı defolt gözləyir.

Dünən Afinanın mərkəzinə hökumətə dəstək nümayiş etdirmək üçün 10 minlərlə adam yığışıb.

İyunun 30-da isə əlehdarların nümayişi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG