Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:55

Qaçaqmalçılar zərərsizləşdirilib


Foto illüstrasiya
Foto illüstrasiya

-

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları Rusiyadan gələn 8 nəfərlik mühərrikli qayığı saxlayıb. Qayıqda 804 kq nərə cinsli və 7 kq hisə verilmiş balıq, 2.4 kq qara kürü olub.

Saxlanan ikinəfərlik başqa bir qayıqdan isə 36 ədəd bağlamada ümumi çəkisi 1550 qram marixuana, 4600 qutu «Kent», 2000 qutu «MM» siqaretləri, 5970 konvalyut «Altram-200» adlı dərman preparatı, 15 ədəd «Samsung-Galaxy» mobil telefonu aşkar edilib.

Hər iki fakt üzrə cinayət işi qaldırılıb.

Məlumatı Dövlət Sərhəd Xidməti yayıb.

XS
SM
MD
LG