Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:15

Yerevanda etirazçılar Azadlıq meydanındakı oturaq aksiyanı dayandırmaq qərarına gəliblər.

“Talana yox” hətəkatının liderlərindən biri Maksim Sarkisianın sözlərinə görə, gecə aksiyaları dayandırılır, gələcək addımlar barədə isə iyunun 30-da keçiriləcək mətbuat konfransında məlumat veriləcək.

Hərəkatın digər fəalı Baginak Shushanyan isə bildirib ki, onlar konkret təklif vermək üçün ekspert, iqtisadçı və hüquqşünaslardan ibarəd qrup yaratmaq istəyirlər.

Amma Baqramyan küçəsinə toplaşan etirazçılar aksiyanı dayandırmaq fikrində olmadıqlarını bildiriblər.

Aksiyaçılar arasında parçalanma iyunun 28-də baş verib.

“Talana yox” aksiyasının nümayəndələri polisintələbinə tabe olaraq Baqramyan küçəsindən Azadlıq Meydanına keçiblər.

Orda qalanlar isə onları satqın hesab edirlər.

Artıq 1 həftədən çoxdur ki, Yerevanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir.

Polis iyunun 23-də aksiyanı dağıdarkən su şırnaqlarından istifadə edib.

Amma buna baxmayaraq axşam saatlarında meydana yenidən minlərlə adam yığışıb.

Aksiya dağıdılarkən azı 20 nəfər xəsarət alıb.

Avqustun 1-dən Ermənistanda elektrik enerjisi təxminən 16 faiz bahalaşıb.

Amma hökumət məsələyə yenidən baxılacağını bildirib.

Araşdırmalar 3-6 ay çəkə bilər.

Bu müddət ərzində yeni tarif dondurulacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG