Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:17

"Azərbaycan hökumətindən rüşvət almamışam"


AŞPA-nın keçmiş məruzəçiləri Andres Herkel və Joseph Debono Grech (sağda) Bakıdakı mətbuat konfransında, 11 fevral, 2010

AŞPA-nın keçmiş məruzəçiləri Andres Herkel və Joseph Debono Grech (sağda) Bakıdakı mətbuat konfransında, 11 fevral, 2010

-

"Prezident İlham Əliyev getsə, bu neft-qazla zəngin ölkə Liviya və İraqın gününə düşə bilər".

Maltalı deputat, Leyboristlər Partiyasının üzvü Joe Debono Grech Azərbaycan hökumətindən hədiyyə almasını çılğıncasına danır.

O, ötən həftə Avropa Şurası Parlament Assambleyasındakı çıxışının da yanlış anlaşıldığını bildirir.

İNCƏ DURUM

«Aydınlaşdıraq, mən diktaturalara haqq qazandırmıram» - Debono Grech «Malta Today» portalına deyib və əlavə edib ki, Azərbaycan demokratik ölkə deyil. Ancaq dərhal da söyləyib ki, Azərbaycanın coğrafi mövqeyini nəzərə alanda, durumu çox kövrəkdir və «Avropa Şurası, müxalifətin gözlədiyi kimi, hökuməti devirə bilməz».

Müəllif Jurgen Balzan deputatın ötən çərşənbə axşamı AŞPA-da Azərbaycanın «xəstəhal» demokratik institutlarına dair hesabatın müzakirəsindəki çıxışını yada salır.

Azərbaycan - nərə balığı və kürü

Azərbaycan - nərə balığı və kürü

2015-ci ilin yanvarında həmməruzəçi vəzifəsi bitmiş Grech sanki gileylənib ki, Azərbaycan elə hey AŞPA-nın gündəmindən düşmür və xəbərdarlıq edib ki, prezident İlham Əliyev getsə, bu neft-qazla zəngin ölkə Liviya və İraqın gününə düşə bilər.


Müəllif bu məqamda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Maltanın Delimara adasında yeni zavodunu təbii maye qazla təmin edəcəyini xatırladır.Bu «qulaqdeşən» bəyanat Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması üçün kampaniya aparan hüquq müdafiəçilərinə ağır gəlib. Debono Grech həmin çıxışında heç kəsin qanunsuz həbsləri istəmədiyini etiraf edib, vəziyyətin mürəkkəb olduğunu söyləyib və Azərbaycanın arqumentlərini təkrarlayıb ki, siyasi məhbus anlayışının aydın tərifi yoxdur.

KÜRÜ DİPLOMATİYASI

2012-ci ildə Avropada Sabitlik Təşəbbüsü təşkilatı (ESI) Azərbaycanın Avropa Şurasını necə susdurduğunu araşdırıb və bu siyasətə «Kürü diplomatiyası» adını qoyub.

Həmin hesabatda vurğulanırdı ki, AŞPA üzvləri ildə 4 dəfə kilosu 1400 avro olan 0.6 kq-lıq kürü qəbul edib. Bakıda isə adi hədiyyə 2 kq kürüdür.

Debono Grech bu hesabatda Azərbaycanın adını təmizə çıxaranların sırasında yer alıb. Həmin şəxslərin bahalı hədiyyələr əvəzində hökumət üçün lobbiçilik etdiyi vurğulanırdı. Debono Grech digər həmməruzəçi Pedro Agramunt ilə birlikdə Azərbaycanda seçki pozuntularını qabartmamaqda suçlanıb. Həmməruzəçilər seçkilərin Avropa Şurası standartlarına uyğun keçdiyini dilə gətiriblər. Bu arada müxalifət korrupsiya və saxtakarlıq ittihamlarını aləmə car çəkirdi.

Həmin hesabatda vurğulanırdı ki, AŞPA üzvləri ildə 4 dəfə kilosu 1400 avro olan 0.6 kq-lıq kürü qəbul edib. Azərbaycanın daha yaxın «dostları» üçün kürü yalnız başlanğıc sayılırmış. Bəzi deputatların tez-tez Azərbaycana dəvət olunduğu, bahalı hədiyyələrə – ipək xalçalara, qızıl və gümüş əşyalara, içkilərə, pul və kürüyə boğulduğu söylənirdi. ESI iddia edirdi ki, Bakıda adi hədiyyə 2 kq kürüdür.

Hesabatda həmçinin tənqidçilərin susdurulması metodunun 2001-ci ildə başladığı, İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra sürətləndiyi qeyd olunurdu.

PULSUZ MÜŞAVİRLİK

Debono Grech altı il AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olub. O, Azərbaycana 30 dəfə səfər edib. Ancaq bu rejimdən hədiyyə almadığını deyir: «Yalnız özümə görə danışa bilərəm, heç vaxt hədiyyə qəbul eləməmişəm».

Avropa Şurası Parlament Assambleyası

Avropa Şurası Parlament Assambleyası

Deputat Azərbaycanla bağlı mövqeyini belə izah edir ki, Azərbaycanın Ukraynanın yolunu getməsini istəmir, bu ehtimaldan narahatdır.

Grech söyləyir ki, ESI-nin hesabatı da daxil olmaqla, bir sıra hesabatlar Avropa Şurasının Azərbaycanla münasibətlərinə kölgə salıb. O, bir daha Əliyev rejimini yıxmağın bu qurumun səlahiyyətinə daxil olmadığını vurğulayıb.

«Kürü diplomatiyası» hesabatı Debono Grech-in Azərbaycanla bağlı mövqeyini sərt tənqid edirdi. O, ölkədə problemlərin olduğunu, ancaq ümumilikdə durumun rahatlığını vurğulayırdı:

«Azərbaycana kömək edə bilərik. O, çox gənc demokratiyadır. Ancaq bu 20 illik qısa zaman kəsimində böyük iş görmüsünüz». Azərbaycan rejiminin də Grech-dən razılığı vurğulanırdı.

GRECH DƏ HESABATI DƏSTƏKLƏYİB

Debono Grech həmməruzəçi postunda Andres Herkel-i əvəzləyib. Herkel Avropa Şurasının Azərbaycana münasibətindən narazı olduğu üçün istefa vermişdi.

Pedro Agramunt

Pedro Agramunt

Ötən həftə AŞPA-da qəbul olunmuş hesabatı isə həmməruzəçilər Pedro AgramuntTadeus Iwinski hazırlayıb. Hesabatda Azərbaycanda insan haqları, QHT-lərin durumunun pisləşməsindən, müstəqil fəallara təzyiqlərdən dərin narahatlıq ifadə olunur. Hesabat hakimiyyəti təzyiqlərə son qoymağa çağırır. Debono Grech də həmin hesabatın lehinə səs verib.

Maraqlıdır ki, ötən həftəki müzakirədə uzun müddət hakimiyyətin «dostu» hesab olunan Pedro Agramunt da dilə gəlib, hesabatın reallığı əks etdirdiyini, Avropa dəyərlərinə uyğun hazırlandığını bildirib.

Grech hakimiyyətdən hədiyyə almadığını deyir. İsveçrəli deputat Andreas Gross isə vaxtilə AzadlıqRadiosuna deyirdi ki, ona verilən kürü qutularını köməkçilərə paylayırmış.

Hakimiyyət təmsilçiləri «kürü diplomatiyası» barədə deyilənləri təkzib edib. Ötən həftəki hesabatdan sonra isə rəsmilər Azərbaycanın Avropa Şurasından çıxa biləcəyinə eyham vurmağa başlayıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG