Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:09

-

«Azadlıq» qəzeti yazır ki, iyunun 26-da «Astaraçay» MMC-nin Çay Emalı Fabrikinin açılış mərasimi keçirilib.

Məlumatın maraqlı tərəfi də çay emalı fabrikinin açılışında ARDNŞ prezidenti Rövnəq Abdullayevin iştirak etməsidir.

«Azadlıq» sual edir: «Rövnəq Abdullayevin çay evinin açılışında nə işi var?».

AVROPA OYUNLARININ AZƏRBAYCAN STANDARTI

«Səs» qəzeti yazır ki, Avropa Oyunlarının Azərbaycan standartları Avropa dəyərlərini əks etdirən ölkə ağırlıqlı təqdimatların səhnəyə çıxarılması, cəmiyyətə çatdırılması deməkdir.

«Birinci Avropa Oyunlarının Azərbaycanda təşkili və keçirilməsi prezident İlham Əliyevin dünya miqyaslı bir dövlət xadimi olduğunu isbat edir. Prezident İlham Əliyevin qlobal siyasi təfəkkürü, Qərb dəyərlərinə dərindən bələdliyi, milli düşüncəsi, xalqına və ölkəsinə ürəkdən bağlı olması, böyük təşkilatçılıq mədəniyyəti və uzaqgörən gələcəkçi baxışları Avropa Oyunlarının möhtəşəm yekununun əsas faktıdır».

MƏKTƏB MƏRKƏZDƏN 20 KM MƏSAFƏDƏ YERLƏŞİRSƏ…

«Bəzi yerlərə müəllim göndərmək problem olur».

Bunu «Bizim Yol» qəzetinə müsahibəsində Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

İlham Nağıyev

İlham Nağıyev

İlham Nağıyev bildirib ki, ucqar kəndlərdə işləmək istəyən və yaşı 35-i keçməyən gənc müəllimlər üçün həvəsləndirici metodlar tətbiq olunur:

«Onlara gediş-gəliş pulu verilir. Bu, əməkhaqqının iki misli qismində birdəfəlik ödənişdir. Bundan əlavə, həmin məktəb rayon mərkəzindən 20 km məsafədə yerləşirsə, onlara üç il ərzində aylıq olaraq 60 manat ödənilir. Həmin məktəb 20 km-dən artıq məsafədə yerləşirsə, onlara 60 manatdan əlavə 100 manat da ödənilir. Bu gün ali təhsil müəssisəsini bitirmiş gənc mütəxəssis 12 saat dərs alarsa, bu, 155 manat əməkhaqqı edir. Əlavə olaraq, üstünə 160 manat gəlsə, 300 manatı aşan məbləğ alınır. Müvafiq olaraq pedaqoji stajı artdıqca, əməkhaqqı da artır. Ancaq yenə də bəzi yerlər var ki, oralara müəllim göndərməklə bağlı hər il müəyyən problemlər yaranır».

XƏTAİDƏ YANAN BİNANIN SAKİNLƏRİ NARAZIDIR

«Yeni Müsavat» qəzeti yazır ki, Xətai rayonundakı yanan binada təmir yekunlaşır. Sakinlərin bəziləri köçüb, bəziləri isə təmirin tamam başa çatmasını gözləyir.

«Sakinlər deyir ki, evləri təmir edərkən ən ucuz və keyfiyyətsiz materiallardan istifadə olunub. Bu səbəbdən də məcbur olub özləri əlavə xərc çəkərək materialları daha keyfiyyətlisi ilə əvəz ediblər. Sakinlər binanın fasadının da keyfiyyətsiz şəkildə boyandığını və artıq boyanın qopmağa başladığını deyirlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG