Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:41

Qəbələdə Musiqi Festivalı keçiriləcək


Qəbələdə 6-cı Beynəlxalq Musiqi Festivalı, 2014-cü il

Qəbələdə 6-cı Beynəlxalq Musiqi Festivalı, 2014-cü il

Festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya, Almaniyadan olan musiqiçilər və kollektivlər iştirak edəcək

-

İyulun 25-dən 3-ə qədər Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya, Almaniyadan olan musiqiçilər və kollektivlər iştirak edəcək. Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Festival günlərində İtaliya simfonik Orkestri, "Moskva virtuozları" Kamera Orkestri, Avstriya Vayner Akademiyasının Kamera Ansamblı, "Flamenko" ansamblı, "Dubrovnik Guitar Trio", Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqaları çıxış edəcəklər.

Qəbələdə beynəlxalq musiqi festivalı 2009-cu ildən keçirilir. Festival Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG