Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:44

Tunisdə törədilən terror aktının təşkilində şübhəli bilinən şəxslərin həbs olunduğu bildirilir.

Bu barədə iyunun 29-da daxili işlər naziri Najem Gharsalli məlumat verib.

Amma o əlavə detallar barədə açıqlama verməyib.

Təkcə onu bildirib ki, istintaqın ilkin versiyasına görə, onlar qonşu Liviyadakı terror düşərgələrində təlim keçiblər.

Hələlik həbs olunanların sayı açıqlanmır.

İyunun 26-da Tunisin paytaxtında törədilən terror aktında 38 adam ölüb.

Terror aktına görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

Britaniya hakimiyyətinin məlumatına görə, ölənlərin azı 18-i britaniyalı turistlərdir.

Həmçinin ölənlərin arasında Almaniya, Portuqaliya, İrlandiya və Belçikadan olan turistlər var.

Günün bütün mövzuları

XS
SM
MD
LG