Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:17

Azərbaycan şirkətinin İtaliyanın "Latsio" klubuna sponsorluq edə biləcəyi haqda xəbərlər rəsmən təsdiqlənib.

Qol.Az-ın məlumatına görə, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov yerli "Corierre dello Sport" nəşrinə Azərbaycanın bir özəl şirkətinin Roma klubu ilə danışıqlar apardığını bildirib.

O deyib ki, həqiqətən də Azərbaycan şirkətlərindən biri "Latsio" ilə danışıqlar aparır.

Amma səfir əlavə detallar barədə məlumat verməyib.

Qeyd edək ki, hələ 3 ay bundan əvvəl Azərbaycan şirkətinin İtaliya klubuna sponsorluq edəcəyi barədə məlumatlar yayılmışdı.

XS
SM
MD
LG