Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:22

-

Növbəti Qəbələ VII Beynəlxalq Musiqi Festivalı iyulun 25-dən 31-dək keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - İtaliya simfonik Orkestri, «Moskva virtuozları» Kamera Orkestri, Avstriya Vayner Akademiyasının Kamera Ansamblı, «Flamenko» ansamblı, «Dubrovnik Guitar Trio», Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqaları iştirak edəcəklər.

2009-2014-cü illərdə Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qəbələdə 6Beynəlxalq Musiqi Festivalı keçirilib.

Festivalda görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG