Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:07

Hüquq müdafiəçiləri hakimiyyəti danışıqlara çağırır


Prezident Aparatı, Bakı
Prezident Aparatı, Bakı
Ona yaxın hüquq müdafiə təşkilatını birləşdirən Monitorinq Qrupu hakimiyyəti «Azadlıq» qəzetinin Xəqani küçəsi-33-də yerləşən binadan çıxarılması ilə bağlı məsələni danışıqlar yolu ilə həll etməyə çağırır. Hüquq müdafiəçisi Çingiz Qənizadə deyir ki, onlar rəsmilərin, xüsusən də dövlət başçısının mətbuatın probleminə biganə qalmamasını, jurnalistlərin aclıq aksiyasına son qoyması üçün konkret addımlar atmasını gözləyirlər. Monitorinq Qrupu media ilə hakimiyyət arasında yaranan problemin həlli məqsədilə vasitəçi olmağa da razıdır: «Biz çox istərdik ki, aclıq dayandırılsın. Qərargah məsələsi danışıqlar masası arxasında tərəflərin razılığı ilə yoluna qoyulsun».

Cənab Qənizadə sabiq prezident Heydər Əliyevin də vaxtilə mətbuatın problemlərini həll etməyə çalışdığını deyir: «Qəzetlərin nəşriyyata borcu yaranmışdı, Heydər Əliyev onlara müddət verdi. İlham Əliyev də bu cür addımlar ata bilər. Bu cür çətinliklər bəzən perzidentin işə qarşıması nəticəsində həll olunur».


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinin Xaqani küçəsi -33 ünvanındakı binadan çıxarılmasını istəyir. Komitə bunu icarə haqqının ödənməməsi ilə bağlasa da, qarşı tərəf məsələni azad sözə təzyiq kimi qiymətləndirir. Bu üzdən də qəzetçilər noyabrın 9-dan aclığa başlayıblar.


Bu arada hüquq müdafiəçiləri Rəna və Murad Sadəddinovlar da noyabrın 15-dən etibarən aclıq aksiyasına qoşulmaq niyyətində olduqlarını bəyan ediblər. Onlar bunu aksiyaya beynəlxalq və yerli ictimaiyyətin diqqətini cəlb etmək üçün əl atdıqlarını bildiriblər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG