Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:28

-

Dövlət Musiqili Teatrı 105-ci mövsümünə yekun vurmağa hazırlaşır.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, mövsüm iyulun 12-də saat 19.00-da Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» tamaşasının nümayişi ilə başa çatacaq.

«O olmasın, bu olsun» tamaşası Musiqili Teatrın 105-ci mövsümdəki ən uğurlu tamaşalarından olub.

Tamaşada Məşədi İbad obrazını canlandıran Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin «Zirvə» Milli Mükafatına layiq görülüb.

Teatrın mətbuat xidməti bu fikirdədir ki, sona çatmaqda olan mövsüm uğurlu və zəngin olub.

Bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları müxtəlif mükafatlar qazanıblar.

Ən əsası, Musiqili Teatrın bir çox tamaşası nazirliyin dəstəyi ilə ingilis dilinə çevrilərək I Avropa Oyunlarıyla əlaqədar ölkəyə gəlmiş qonaqlara – turistlərə, idmançılara tərcümə sətirlər - qaçan titrlər vasitəsilə göstərilib və onların yaddaşında dərin iz buraxıb.

İyulun 12-də göstəriləcək son tamaşa—«O olmasın, bu olsun»un quruluşçu-rejissoru Cənnət Səlimovadır.

Tamaşada rolları Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG