Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:34

-

AzadlıqRadiosunun mədəniyyət portalı olan oxuzali.az-da keçirilən "Ədəbi Azadlıq-2015" Müsabiqəsinin qalibləri açıqlandı.

Rövşən Danyeri "U döngəsi" hekayəsi ilə müsabiqədə 1-ci olub.

İkinci yeri "Edam" hekayəsi ilə Sevinc Nuruqızı qazanıb.

Ceyhun Gündüz ("Her Şey Yaxşı Olmayacaq") və Qalib Bəhramov ("Şəkil") üçüncü olublar.

Bu il müsabiqənin qaliblərini vaxtından əvvəl elan etməyə məcbur olduq.

Onluqda yer alan İkinci Mahmud adlı yazarın qaydalarımıza zidd olaraq əvvəllər başqa adla İnternetdə paylaşdığı hekayə müsabiqədən kənarlaşdırılıb.

Bundan başqa onun böyük qəhrəmanlıq etmiş kimi paylaşdığı Facebook statusundan məlum olur ki, onluqdakı "Lyuk" hekayəsi də ona məxsusdur, sadəcə dostunun adından göndərib. (Bunu "Ədəbi Azadlıq-2015"in koordinatoru ilə söhbətdə özü etiraf edib).

Bununla da İkinci Mahmud adlı yazar ədalətli keçirmək istədiyimiz müsabiqəyə hansı məqsədləsə ziyan vurub.

Buna görə bütün iştirakçılardan BİZ üzr istəyirik.

"Ədəbi Azadlıq" müsabiqəsinin yeganə məqsədi elə İkinci Mahmud kimi gənc yazarlara daha yaxşı tanınmaq imkanı yaratmaqdır. Kiminsə bığının altından keçmədən, kiməsə yaltaqlanmadan, senzuraya məruz qalmadan, öz əsərinin keyfiyyəti ilə ədəbi cameədə boy vermələrinə yardım etməkdir.

Bu müsabiqənin qaliblərinin siyahısı kabinetlərdə tərtib olunmur.

Biz müsabiqəyə qatılanlardan pasport nömrəsi tələb edə bilmərik. Bundan sui-istifadə edənləri isə öz vicdanları ilə baş-başa buraxırıq.

Ədaləti bərpa etməyin ən uyğun yolu kimi onu gördük ki, müsabiqənin on-line səsvermə və onluq mərhələlərinin nəticələri ləğv edilsin.

Müsabiqənin ilk mərhələsində - imzasız oxunuş mərhələsində münsiflərdən kim çox bal alıbsa o da qalib olsun.

İmzasız oxunuş mərhələsinin nəticələri isə belədir:

Rövşən Danyeri. U döngəsi - 51

Sevinc Nuruqızı. Edam - 39,5

Ceyhun Gündüz. Her Şey Yaxşı Olmayacaq -37

Qalib Bəhramov. Şəkil - 37

(İkinci Mahmud. Ümid arısı 34)

Hacıbala Səfərov Sağ çıxmaq - 31

Saday Fərəcov Prezidentin oxşarı - 24

Mehri Mustafa. Yarımçıq Tablo - 23

Məsumə Əhədova. “Göbəkbağı” - 21

Ömər Məmmədli. İşıldayan Ayaqqabılar - 21

Vüsal Nuru. Paltarboğan kənd - 20

Fərhad Yalquzaq. Aqibət - 20

(Faiq Əhmədov. Lyuk- 20)

Xan Abdulla. “Mən necə kafir oldum” - 20

Nəsib Nəsirov. “Mübahisəli məsələ” - 20

Yaşar Bünyad. Sükutun Rahatlığı - 19.5

Nigar Şahsuvarova. Məktub - 18 bal

Vəfa Qafarova . Beşikdәki Şeytan - 18

Novruzov Novruz. Mәleykә - 18

Bilal Hüseynov. İnşa - 18

Məcid Həsənli. Yel - 18

Bundan əvvəl müsabiqənin şeir nominasiyasında da qalbləri elan edilib.

Müsabiqənin bütün münsifləri:

Azərbaycan ədəbiyyatının türkiyəli araşdırmaçısı Seyfəddin Altaylı

Şair Məmməd İsmayıl (Türkiyə)

Ədəbiyyatşünas Arif Acaloğlu (Türkiyə)

Yazıçı Əli Əkbər (İsveçrə)

Yazıçı Nərmin Kamal (Böyük Britaniya)

Kinoşünas Aygün Aslanlı (Azərbaycan)

"Ədəbi Azadlıq" mükafatı və müsabiqənin hədiyyələri olan noutbuklar qaliblərə iyulun ortalarında Bakıda keçirməyi planlaşdırdığımız mərasimdə təqdim olunacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG