Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:18

Qonaqpərvərlik, tolerantlıq...


-

Məscid yandı

Kilsədə namaz qıldılar

Londonun Kinqston rayonunda, Burton Yolu ilə East Yolunun kəsişməsində məscidlə kilsə yanaşı yerləşir.

Bu günlərdə məsciddə yanğın olub. Məscidin damı, mərkəzi pilləkənləri yararsız hala düşüb. Məscid elə yanıb ki, Londonun həmin ərazisində yaşayan müsəlmanlar üçün namaza toplaşmaq mümkünsüz olub.

Bunu görən qonşuluqdakı Müqəddəs Luke Kilsəsinin keşişi Hislop Ata kilsə binasında müsəlmanlara yer verib ki, namaz qılsınlar.

Kilsənin bu qonaqpərvərliyi yerli mətbuatın diqqətini cəlb edib. Keşiş onu sual atəşinə tutan jurnalistlərə deyib: “Biz kilsənin böyük zalının tərtibatını bir anda dəyişdirdik ki, gündəlik dualar üçün müsəlmanlar bizim zalımızdan istifadə edə bilsinlər. Əlimizdən gələn hər şeyi edəcəyik. Yaxşı qonşu belə eləməlidir”.

Müsəlmanlar yanğın olan gecə və səhəri gün kilsənin musiqi zalında namaz qılıblar. Cümə namazına isə min nəfərdən çox müsəlman toplaşdığına görə, kilsə darlıq edib, onları başqa binaya göndəriblər.

Yanğın vaxtı məsciddə adamlar da olub. Yanğınsöndürənlər onları və uşaqları vaxtında çıxara biliblər, ölən, yaralanan olmayıb. Məscid təmirə bağlanıb.

London Metropolitan Polisi Kinqston Müsəlman Cəmiyyətinin məscidində baş vermiş yanğının şübhəli olmadığını deyib.

Oxu zalı

XS
SM
MD
LG