Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:38

-

Prezident İlham Əliyev ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, ölkənin Birinci xanımı Mehriban Əliyevanı Azərbaycanın ən yüksək ordeni – «Heydər Əliyev» ordeni ilə təltif edib.

Ölkə başçısı iyunun 29-da paytaxtdakı «Bulvar» otelində Birinci Avropa Oyunlarının yekunlarına həsr olunmuş tədbirdə iştirak edib.

Məlumatı ANS yayıb.

Gənclər və idman naziri Azad Rəhimov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov «Şöhrət» ordeni ilə mükafatlandırılıb.

Mükafat alanlar arasında I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran İlahə Qasımovanın da adı var. O, prezidentin təqdim etdiyi «Tərəqqi» medalının fotosunu «Instagram» səhifəsində yerləşdirib və qayğıya görə dövlət başçısına təşəkkürünü bildirib.

17 gün davam edən I Avropa Oyunları iyunun 28-də yekunlaşıb.

Şərhləri göstər

XS
SM
MD
LG