Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:46

200 GB-lıq mikroSD kart satışda


200 GB-lıq mikroSD
200 GB-lıq mikroSD

-

«SanDisk» şirkəti «MWC 2014» tədbirində təqdim etdiyi 200 GB-lıq mikroSD kartı satışa çıxarıb.

Kart sadəcə ölçüsüylə deyil, suya, istiyə, zərbəyə, maqnit və «X-Ray» elektromaqnit radiasiyasına davamlılığı ilə də seçilir.

MikroSD-nin köçürmə sürəti 90 Mb/s-dir. Bu da o deməkdir ki, bir dəqiqəyə 1200 şəkil göndərmək olar.

Kartda 20 saatlıq «Full HD» video saxlamaq mümkündür.

İlkin olaraq, kartın qiymətinin 399 dollar olacağı açıqlansa da, «Amazon»da240 dollardan satışa çıxarılıb.

SD-kart adapteriylə satılır. MikroSD-yə 10 il qlobal qarantiya verilir.

XS
SM
MD
LG