Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:09

Ucar sakini: "Rüşvət verməmişəm, sürünürəm"


Arxiv fotosu
Arxiv fotosu

-

"Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16-saylı Ərazi İdarəsinin işçilərinin əməllərindən çox əziyət çəkirik. Ancaq çoxsaylı şikayətlərimizə heç kəs məhəl qoymur".

Ucar rayon sakini Amil Qəhrəmanov AzadlıqRadiosunun "Qaynar xətt"inə Ucardakı Əmlak Xidmətinin (DƏDRX) işçilərindən şikayət edir.

VƏRƏSƏLİ ƏMLAKI VƏRƏSƏLƏRDƏN XƏBƏRSİZ SƏNƏDLƏŞDİRİBLƏR

Onun deməsinə görə, rayondakı Nizami küçəsi ev 8 ünvanında atasından miras qalmış 5 hektar torpaq sahəsi və 156 kvadratmetr sahəsi olan mənzil xəbəri olmadan bacısı Təzəgül Qəhrəmanovanın və və qardaşının həyat yoldaşının adına sənədləşdirilib. Bundan xəbər tutandan sonra o, mirasın qəbul edilməsinə dair iddia ərizəsi ilə Ucar rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiasını təmin etsə də, Qətnamənin icrası müşkülə düşüb:

"Məhkəmə atamdan qalma mirasın 5/8 hissə payının vərəsə kimi mənim tərəfimdən qəbuletmə faktını təsdiq etdi. Qətnamə qanuni qüvvəsinə də minib. İcra olunması üçün DƏDRX-nin 16-saylı Ərazi İdarəsinə göndərilsə də, icra olunmur. İdarədə məndən istədikləri rüşvəti vermədiyim üçün deyirlər ki, bu Qətnaməni icra etmək mümkün deyil. Dövlətin adından çıxmış sənədi necə icra etməmək olar?"

MƏHKƏMƏ QƏTNAMƏSİNİ NOTARİAT KONTOR LƏĞV ETSİN?..

Şikayətçinin sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16-saylı Ərazi İdarəsində ona bildirilib ki, məhkəmə qətnaməsini notariat kontorda ləğv etdirsin.

"Harda görünüb ki, dövlətin adından cıxmış Qətnaməni hansısa notarius ləğv etsin? Ya məni ələ salırlar, ya da bunlar gerçəkdən də savadsızdırlar. Deyirlər, Qətnamə ona görə ləğv edilməlidir ki, bacımın və qardaşımın arvadının adına qanunsuz olaraq reyestr Çıxarışı veriblər. Necə olur, həmin evə dair iki nəfərin adına reyestr Çıxarışı verə bilirlər, əlimdə qanuni sənədin icrasını edə bilmirlər".

DƏDRX-nin 16 saylı Ərazi idarəsindən "Qaynar xətt"in suallarını cavablandıran və iddialara aydınlıq gətirən olmadı.

Hüquqşünas Namizəd Səfərov deyir, məhkəmə ən ali orqandır və onun adından çıxan qərar icra olunmalıdır. Heç bir dövlət və qeyri-dövlət qurumu, hətta dövlət başçısı da dövlətin adından çıxarılan qərarı müzakirə edə, dəyişə, ləğv edə bilməz.

XS
SM
MD
LG