Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:45

Səddam kimi İŞİD də İraqı qurudur


Mosulda İŞİD-çilərə qarşı vuruşan iraqlılar

Mosulda İŞİD-çilərə qarşı vuruşan iraqlılar

-

Ötən əsrin 90-cı illərində İraq diktatoru Səddam Hüseyn birinci Körfəz müharibəsindən sonra ölkənin cənubundakı bataqlıqları qurutmuşdu. S. Hüseyn bununla ona qarşı çıxan şiə qəbilələrini cəzalandırırdı.

Bataqlıqların quruması həm bu ərazilərin canlı aləminin məhvinə səbəb olmuşdu, həm də camışa baxan yerli əhalinin həyat tərzinə böyük zərbə vurmuşdu.

2003-cü ildə bataqlıqlara yenidən su gəlmişdi. Yerli əhali də camış təsərrüfatlarını bərpa etmişdi. Ancaq indi onlar bir daha öz ərazilərini tərk etmək məcburiyyəti ilə üzləşiblər. Çünki bataqlıqlar yenə qurudulur. Bu dəfə səbəbkar Səddam yox, Fərat çayı boyunca su bəndlərini ələ keçirmiş İŞİD-dir.

SU BÖHRANI

Ramadi bəndinin yaxınlığı

Ramadi bəndinin yaxınlığı

Su İraqda hələ İŞİD-dən xeyli əvvəl problemli məsələ olub. Su israfçılığı, çirklənmə və əhali artımı İraq, Suriya və Türkiyədə 27 milyon insanın əsas su mənbəyi olan Fərat çayının ehtiyatını tükətməkdədir.

İraq rəsmiləri bildirirlər ki, İŞİD ötən ay Ənbar vilayətində Ramadi bəndini ələ keçirdikdən sonra su təchizatı daha da pisləşib.

Yayda temperaturun və quraqlıq riskinin çox yüksək olduğu, əsas sanitariya şərtlərinin isə çox aşağı olduğu bu cür ərazilərdə suyun kəsilməsi fəlakət kimi qiymətləndirilir. İraqın cənubundakı bataqlıqlar bu cür fəlakətin astanasındadır.

İŞİD-in SU MÜHARİBƏSİ

İSİD-in su müharibəsindən təkcə İraqın cənubundakı əhali deyil, digər əyalətlər də zərər çəkir. Ölkə parlamentinin Kənd təsərrüfatı və Su komitəsinin üzvü Furat al-Timimi deyir ki, İŞİD Ramadi bəndini tutduqdan sonra, faktiki olaraq, Babil, Kərbala, Nəcəf və Qadisiyah əyalətlərinin su təchizatına nəzarəti ələ alıb.

Fərat çayının su buraxılışı 50 fazi azalıb. Babil Əyalət Şurasının üzvü Riadh Adday deyib ki, minlərlə kvadrat kilometr təsərrüfat və otlaq ərazi lazımi qədər su görmədiyindən quruyur. Quraqlıq əyalətin heyvan aləmini də təhlükə altında qoyub. İraqın Su Ehtiyatları Nazirliyinin rəsmisi Ali Haşimin sözlərinə görə, İŞİD taktiki və hərbi üstünlük əldə etmək üçün Ramadi və Fallujah bəndlərini sabotaj etsə, ölkəyə ölçüyəgəlməz zərər yetirər. Bununla da hərbi üstünlük əldə edə bilər.

Şərhləri göstər

XS
SM
MD
LG