Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:44

13 saylı cəzaçəkmə müəssisəsinə su verilmir


Arxiv fotosu
Arxiv fotosu

-

«Azadlıq» qəzeti yazır ki, 13 saylı cəzaçəkmə müəssisəsinə iki gündür içməli su verilmir.

«Bu haqda qəzetə burda cəzaçəkmə məssisəsində cəza çəkən məhbusların ailələrindən məlumat verilib. Havanın hərarətinin yüksək olduğu günlərdə suyun da kəsilməsini məhbuslar işgəncəyə bərabər hal kimi qiymətləndirir.

Bu cəzaçəkmə məssisəsində Anar Məmmədli, Tofiq Yağublu, Pərviz Həşimli, Əli İnsanov, İlkin Rüstəmzadə və digər tanınmış vicdan məhbusları cəza çəkir».

Ölümlə göz-gözə yaşayanların məhəlləsi

«Yeni Müsavat» qəzeti Abşeron rayonunun Qobu qəsəbəsindəki yüksək gərginlikli elekrtik xətlərinin altında tikilmiş evlər, burda yaşayan sakinlər haqda yazır.

Qəzet yazır ki, Yeni Məhəllə 2 ünvanı adlı ərazidə elektrik ötürücülərinin gücü 20 min KV-dan yüksəkdir.

«Yüksək gərginlikli elektrik xətləri ətrafa elektromaqnit dalğaları buraxdığı üçün onların yaxınlığında yaşayış məntəqələrinin salınması qanunvericiliklə qadağandır. Məhəllə sakinlıri bu tıhlükədən xəbərdar olsalar da, elektrik xətləri yaxınlığında yaşamağa davm edirlər».

Baş Məşəldar

«Azərbaycan» qəzeti yazır ki, I Avropa Oyunları ideyasını gerçəkliyə çevirən və onun baş məşəldarı İlham Əliyev idi.

«Məşəllər həm də yol göstərir, insanlara hansı səmtə üz tutacaqlarına işarə edir!
Baş məşəldarlar isə əllərindəki məşəllə ətraflarına işıq saçanlar, yol göstərənlər və istiqamət verənlərdir! Xoşbəxt o xalqdır ki, onun gur və işıqlı yanan məşəli, güclü, müdrik və uzaqgörən məşəldarı var! Bu gün Azərbaycanı, sözün həqiqi mənasında, belə xalqlar cərgəsinə qatmaq olar! Əslində məşəldarla xalq bir yerdə olanda məşəl get-gedə daha gur alovlanır, problemlər həllini tez tapır, bədxahlar və düşmənlər paylarını lazımınca alaraq yerlərində oturdulurlar!»

Avropa Oyunlarına görə bağlanan marşrutlar bərpa edilir

Arxiv fotosu
Arxiv fotosu

«Bizim Yol» qəzeti yazır ki, iyulun 1-dən ləğv edilən avtobus marşrutları bərpa edilir.

Qəzet bu haqda Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənova istinad edir.

«14 saylı marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub. 20, 188, 53, 90, 83 saylı marşrutlar ləğv edilib. 86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub. 124 saylı marşrutun hərəkəti 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb. 70 saylı marşrutun istiqaməti dəyişdirilib. 95 və 2 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG