Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:46

Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya parlament rəhbərlərinin görüşü nəzərdə tutulur


Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya parlament rəhbərlərinin görüşü nəzərdə tutulur. Milli Məclisin (MM) Mətbuat Xidmətinin rəhbəri Akif Nəsirov noyabrın 14-də jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, bu görüş MDB Parlamentlərarası Assambleyanın noyabrın 15-dən 17-dək Sankt-Peterburqda keçiriləcək 27-ci plenar iclası çərçivəsində baş tutacaq.


Cənab Nəsirov əlavə edir ki, MM-in rəhbəri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iclasa noyabrın 16-dan qatılacaq. Heyətə hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildir.


MM sözçüsü bildirir ki, plenar iclas çərçivəsində həmçinin müasir çağırışlara və təhlükəsizliyə olan hədələrə qarşı mübarizədə MDB-yə üzv dövlətlərin əməkdaşlığının təkmilləşdirilməsi mövzusuna dair beynəlxalq təbdirin keçirilməsi də gözlənilir.
XS
SM
MD
LG