Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:37

«İlham Zəkiyev məni podiuma dəvət etdi, mən də...» [Video]


İlham Əliyev qalib idmançılara medalları təqdim edir - 26 iyun 2015

İlham Əliyev qalib idmançılara medalları təqdim edir - 26 iyun 2015

-

«Dünən siz paralimpiyaçı cüdoçu İlham Zəkiyevə qızıl medalı təqdim etməyiniz və onunla birlikdə podiumda durmağınız möhtəşəm və həyəcanlı anlar idi. Bu görüntülər bütün dünyada çox böyük maraqla izlənildi».

Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickey iyunun 27-də prezident İlham Əliyevlə görüşdə belə deyib.

AZƏRTAC-ın məlumatına görə, prezident Əliyev Patrick Hickey ilə yanaşı, Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kocijančič, Avropa Olimpiya Komitələrinin baş katibi Raffaele Pagnozzi, Avropa Olimpiya Komitələrinin Koordinasiya komissiyasının sədri Spyros Capralos-u da qəbul edib.

Dövlət başçısı İlham Zəkiyevə qızıl medalın təqdim edilməsi mərasiminin bütün Azərbaycan xalqı və eləcə də idmançılar üçün çox təsirli məqam olduğunu vurğulayıb.

İlham Zəkiyevin cəsurluq, ləyaqət simvolu olduğunu qeyd edən İlham Əliyev ona medalın məhz Azərbaycanın Silahlı Qüvvələr Günündə təqdim edilməsinin çox rəmzi və əlamətdar xarakter daşığını bildirdi: «O, məni fəxri kürsüyə dəvət etdi və mən böyük məmnunluqla bunu etdim».

Patrick Hickey İlham Zəkiyevin yüksək texnika göstərərək çox inamlı qələbə qazandığını vurğulayıb.

«Dünən İlham Zəkiyevə medal təqdimetmə mərasimində onun Azərbaycan himninin sözlərini oxuması bizi çox təsirləndirdi. O, əsl vətənpərvərdir». Bunu isə Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kocijančič söyləyib.

Prezident İlham Əliyev nümayəndə heyətinin üzvlərinə Azərbaycanda idmanın inkişafına, birinci Avropa Oyunlarının təşkilində göstərdiyi xidmətlərə görə minnətdarlığını bildirib.

Şərhləri göstər

XS
SM
MD
LG