Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:36

-

musavat.com yazır: «Əfsanə səfir Steinar Gil danışdı: «Dostlarıma görə narahatam...».​

Norveçin Azərbaycandakı keçmiş səfiri Steinar Gil qəzetə deyib: «Mənim 2006-cı ildə gedişimdən sonra Azərbaycanda situasiya pisləşib. İndi ölkədə daha çox siyasi məhbus, azad sözə və vətəndaş cəmiyyətinə qarşı daha ciddi repressiyalar var. Seçkilər isə əvvəlki kimi yenə də azad və ədalətli deyil. Hakimiyyət AŞPA və digər beynəlxalq qurumlar tərəfindən səsləndirilən tənqidi ciddi qəbul etmir, bu yaxınlarda isə ATƏT-in bürosunu bağlayıblar».

Keçmiş səfir həmçinin «Hazırda türmədə yatan dostlarıma görə çox narahatam. Tanıdığım bir çox azərbaycanlılarla isə hələ də əlaqə saxlayıram» - söyləyib.

MÜXALİFƏTİN NƏ ÖZÜ, NƏ DƏ ŞANSI VAR

«Müxalifət Prezident Administrasiyasında mandat dilənir».

Bunu moderator.az-a politoloq Zərdüşt Əlizadə bildirib.

Onun dediyinə görə, Azərbaycanda gerçək müxalifət yoxdur: «Azərbaycanda gerçək müxalifət yoxdur. Gerçək müxalifət olmadığına görə də onun parlament seçkilərində şansı da yoxdur. Çünki özü olmayan bir şeyin şansı da ola bilməz».

İlham Əliyevə ali paralimpiya mükafatı təqdim edilir.

İlham Əliyevə ali paralimpiya mükafatı təqdim edilir.

İLHAM ƏLİYEVƏ MÜKAFAT VERİLDİ

«Azərbaycan» qəzetində oxuyuruq: «Prezident İlham Əliyevə ali paralimpiya mükafatı və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsi təqdim edilib».

Qəzet yazır ki, mükafatı iyunun 26-da Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti Andrew Parsons çatdırıb:

«Ali paralimpiya mükafatı ancaq beynəlxalq səviyyədə Olimpiya hərəkatının və idmanın inkişafında xüsusi xidmətləri olan dövlət başçılarına verilir. Bu baxımdan həmin mükafat böyük önəm daşıyır. İndiyədək yalnız 12 dövlət başçısının ali paralimpiya mükafatına layiq görülməsi bunun əyani təsdiqidir».

JURNALİST, ALİM, CASUS, YOXSA?..

axar.az politoloq Ərəstun Orucluya istinadla «Primakov kim idi: jurnalist, alim, casus, yoxsa?..» sualına cavab axtarıb.

Ərəstun Oruclu

Ərəstun Oruclu

Politoloq Facebook hesabında Rusiyanın keçmiş Baş naziri Yevgeny Primakov-la bağlı fikirlərini bölüşüb:

«Bu insanın bütün həyatı təxribatçılıq və dağıdıcılıq içində keçdi. Primakov sovet partiya və KQB sistemlərinin yetişdirmiş olduğu ən nadir nüsxələrdən biri idi. Bu adamın gah iqtisadçı, gah şərqşünas, gah jurnalist, gah da diplomat olması göstərirdi ki, Yevgeny Maximovich bütün bu «peşələrinin» arxasında daim öz əsas mahiyyətini - casusluğunu gizlədirdi... SSRİ-nin dağılması ərəfəsində gələcək Rusiya maraqlarının təminatı olan etnik-ərazi münaqişələrinin bir çoxu məhz onun rəhbərliyi altında təşkil olunmuşdu: Postsovet ölkələrdəki milli hakimiyyətlərin devrilməsi zamanı isə Primakov artıq xeyli böyümüşdü, bir zamanlar casusu olduğu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru idi və öz çirkin əməllərini artıq qlobal miqyasda həyata keçirirdi».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG