Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:19

İyunun 26-da Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev Ukrayna təmsilçisi Aleksandr Pominovu məğlub edərək “Bakı-2015”-in qızıl medalını qazanıb

-

İyunun 26-da Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev Ukrayna təmsilçisi Aleksandr Pominovu məğlub edərək “Bakı-2015”-in qızıl medalını qazanıb.

Bununla da Azərbaycan milli komandası Avropa Oyunlarında 18-ci qızıl medalı əldə edib.

İlham Zəkiyevin mübarizəsini prezident İlham Əliyev və ailə üzvləri arenadan izləyiblər.

Medalı İlham Zəkiyevə dövlət başçısı təqdim edib.

İlham Zəkiyev ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionudur. O, “Şöhrət” ordeni, “Tərəqqi” medalı və Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl çinar” mükafatının laureatıdır.

İlham Zəkiyev hərbi xidmətdə yaralandıqdan sonra görmə qabiliyyətini itirib.

Yenidən idmana qayıdan gənc “Afina-2004” və “Pekin-2008” Yay Paralimpiya Oyunlarının qalibidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG